“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində görüş təşkil olundu

“Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində VI-VIII sinif şagirdlərinin qızları ilə təşkil olunan görüş Azərbaycan qadınının əxlaqi dəyərlərinə həsr olunmuşdu.
Tədbir 2a sinif şagirdlərinin Hüseyn Cavidin “Qız məktəbi” əsərindən hazırladıqları səhnəciyin nümayişi ilə başladı. Balaca ifaçılar öz bacarıqları ilə tədbirə xüsusi abu-hava qataraq, qadının cəmiyyətdəki roluna incə toxunuşlarla diqqət çəkdilər.
Daha sonra tədbirdə məktəbin psixoloqu Ləman Mehtiyeva, Uşaq Birliyi Rəhbəri Mədinə İskəndərova və Təşkilatçı müavin İsrafil Hüseynov çıxış edərək mövzu ətrafında əhəmiyyətli fikirlər səsləndirdilər.
Psixoloq Ləman xanım çıxışında qız şagirdlərin mənəvi inkişafı, şəxsiyyət kimi formalaşmasında əxlaqi dəyərlərin və ailə tərbiyəsinin rolu barədə danışdı. O, sağlam psixoloji mühitin əxlaqla və milli-mənəvi dəyərlərlə sıx bağlı olduğunu vurğuladı.
UBR Mədinə İskəndərova qadınlarımızın tarixdə və bu günkü cəmiyyətdəki fəallığından, onların əxlaqi örnəklərindən bəhs etdi. O, şagirdləri bu dəyərləri qorumağa və gələcək nəsillərə ötürməyə səslədi.
Təşkilatçı İsrafil Hüseynov layihənin məqsədindən danışaraq, bu tip tədbirlərin yeniyetmələrdə milli kimlik və əxlaqi möhkəmlik hissini gücləndirdiyini bildirdi. O, bu təşəbbüsün davamlı olacağını qeyd etdi.
Tədbir şagirdlərin fəal iştirakı, sualları və fikir mübadiləsi ilə zəngin keçdi. Görüş həm maarifləndirici, həm də tərbiyəvi baxımdan mühüm əhəmiyyət daşıdı.