Aprel ayı kitab müzakirəsi Daniel Defonun “Robinzon" Kruzo əsəri oldu

Məktəbin fəaliyyət planına əsasən kitab klubunun toplantısı keçirildi.Aprel ayı kitab müzakirəsi Daniel Defonun “Robinzon Kruzo" əsəri oldu.
Müzakirədən əvvəl slayd vasitəsilə əsərin əsas mövzusu və yazılma səbəbi haqqında məlumat verildi.
Şagirdlər çıxış edərək əsərin ideyasını və Robinzonun həyat mübarizəsini izah etdilər.”Əgər mən Robinzon olsaydım…”mövzusunda öz sərbəst fikirlərini bildirdilər.
Müzakirələr zamanı Azərbaycan dili ədəbiyyat müəllimi Rahilə Hüseyn və kitabxana müdiri Aytən Məmmədovanın düşündürücü sualları ,şagirdlərə əsərin mahiyyətini daha dərindən dərk etməyə və qəhrəmanın daxili dünyasına səyahət etməyə imkan yaratdı.