4-cü siniflərin valideynləri ilə görüş keçirildi

Məktəbin 4-cü siniflərin valideynləri ilə görüş keçirilmişdir. Görüşün əsas məqsədi şagirdlərin təlim nailiyyətlərinin hazırkı vəziyyətini qiymətləndirmək və bu nailiyyətlərin daha da yaxşılaşdırılması üçün valideynlərlə birgə əməkdaşlıq yollarını müzakirə etmək olmuşdur. Görüşdə məktəbin direktoru Günel Fətəliyeva və təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova çıxış edərək şagirdlərin monitorinq nəticələri barədə ümumui məlumat, təlimin keyfiyyətinin artırılması üçün valideynlərin rolu və evdə yaradılan təhsil mühiti haqqında danışdılar. Müəllim-valideyn əlaqələrinin daha səmərəli qurulması, davamiyyətin nəzarətdə saxlanılması və şagirdlərə motivasiya verilməsinin əhəmiyyətini vurğuladılar.
Valideynlər təklif və iradlarını bildirdilər, sualları cavablandırıldı və qarşılıqlı anlaşma şəraitində iclas başa çatdı. Sonda təlim nəticələrinin yaxşılaşdırılması üçün müəllim-valideyn əməkdaşlığının daha da möhkəmləndirilməsi qərara alındı.