“Suraxanı Gəmi Muzeyinə ekskursiya”

Məktəbin fəaliyyət planına uyğun olaraq 06.04.2025-ci il tarixində məktəbin texnologiya müəllimi Məmmədova Aysun tərəfindən 6 b sinif şagirdləri ilə Suraxanı gəmi muzeyinə maarifləndirici ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın əsas məqsədi şagirdlərə gəmi quruluşu, dənizçilik tarixi və texnologiyaları haqqında praktiki biliklər qazandırmaq olmuşdur.
Ekskursiya zamanı şagirdlər gəmi ilə yaxından tanış olmuş, onun hazırlanma tarixi, dünyanın ən böyük gəmisinin maketi ilə, kapitanların geyimləri, onların qaldıqları otaqlar və gəmi heyətinin iş şəraiti ilə maraqla tanış olmuşlar.
Şagirdlərə gəmi həyatına dair bir sıra praktik məlumatlar-dəniz düyünlərinin necə atılması əyani şəkildə göstərilmiş və bu bacarığı özləri də sınamışlar. Eyni zamanda morse əlifbası ilə tanış olmuş, sadə siqnalların necə ötürüldüyünü öyrənmişlər.
Ekskursiya zamanı müxtəlif komanda oyunları təşkil edilmiş, şagirdlər həm əylənmiş, həm də komanda ruhunu inkişaf etdirmişlər. Onlar real mühitdə öyrəndiklərini tətbiq etmək imkanı əldə etmiş və texnologiya fənninə olan maraqları artmışdır.