VI siniflərdə növbəti monitorinq keçirildi.

Azərbaycan dili, riyaziyyat və təbiət fənlərindən təşkil edilmiş monitorinqin məqsədi şagirdlərin bilik səviyyəsini yoxlayaraq, onların hazırlıq səviyyəsini müəyyənləşdirmək və növbəti işləri planlamaq idi. Suallar Elm və Təhsil Nazirliyinin təşkil etdiyi imtahan modelinə uyğun tərtib edilmişdir. Nəticələr hazır olduqda fənn müəllimləri və rəhbərlik tərəfindən təhil aparılacaqdır.