IX siniflərdə növbəti monitorinq keçirildi

Monitorinqin məqsədi 9-cu sinif şagirdlərinin imtahana son hazırlıq vəziyyətini yoxlamaq idi. Monitorinqin tapşırıqları Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən, DİM-in imtahan modelinə uyğun şəkildə tərtib edilmişdir. Tapşırıqları yerinə yetirmək üçün şagirdlərə 3 saat vaxt verilmişdir. Cavablar yoxlanıldıqdan sonra nəticələr təhlil ediləcək.