"APREL DÖYÜŞLƏRİ ŞANLI QƏLƏBƏMİZDİR" ADLI TƏDBİR KEÇİRİLDİ

        Məktəbin fəaliyyət planına əsasən 2 "A"sinfi Aprel döyüşlərinə həsr olunmuş "Aprel döyüşləri şanlı qələbəmizdir" adlı tədbir keçirdi. Sinif rəhbəri Leyla Orucəliyeva və UBR Mədinə İsgəndərova şagirdlərə bildirdi ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.Tədbirin əsas məqsədi Milli Qəhrəmanlarımızın təbliği, şəhidlərimizin ruhuna hörmət və ehtiram hissinin aşılanması, şagirdlərdə hərbi-vətənpərvərlik hissinin formaşlaşdırılması , Vətənə, torpağa məhəbbət hissinin gücləndirilməsidir. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir. Şagirdlər öyrəndikləri məlumatları və şeirləri təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi