"Şanlı döyüş " sinif təşkilat saatı.

Məktəbin fəaliyyət planına əsasən 3"C" sinfində Aprel döyüşlərinə həsr olunmuş sinif təşkilat saatı keçirildi. UBR İsgəndərova Mədinə və sinif rəhbəri Tağıyeva Samirə şagirdlərə aprel döyüşləri haqqında məlumat verdilər.
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
Sonda şagirdlər şeir söylədilər. Xudayar təsnifi ilə şəhidlər anıldı. Bir dəqiqəlik sükutla şəhidlər yad edildi.