“2 Aprel Beynəlxalq Uşaq Kitab Gün”ü

    Uşaq ədəbiyyatının inkişafına böyük töhfələr vermiş H.K. Andersenin doğum günü şərəfinə təsis edilən “Uşaq Kitab Günü” münasibətilə kitabxanada “Çirkin Ördək Balası” nağılının müzakirəsi keçirildi. Tədbir kitabxana müdiri Aytən Məmmədova və sinif rəhbəri Könül müəllimin təşkilatçılığı ilə 2 “b” sinfinin iştirakı ilə baş tutdu.

      Məqsəd şagirdlərin oxuduqları nağılı daha dərindən dərk etmələrinə kömək etmək, onların məntiqi və yaradıcı düşünmə qabiliyyətlərini inkişaf etdirmək idi.

İlk olaraq, şagirdlərə Uşaq Kitab Günü haqqında məlumat verildi. Daha sonra “Çirkin Ördək Balası” nağılının məzmunu və nağılın əsas ideyası ətrafında müzakirələr aparıldı. Şagirdlər öz fikirlərini bildirdilər və müxtəlif obrazlar barədə düşündüklərini bölüşdülər.

        Nağılın vizual  nümayişi təşkil olundu. Bununla yanaşı, şagirdlərə hekayə xəritəsi paylanıldı. Hekayə xəritəsində suallar və nağılla bağlı şəkil çəkmə tapşırıqları var idi. Şagirdlər bu tapşırıqlara əsasən cavablarını hazırladılar və öz baxış bucaqlarına uyğun olaraq nağılın təsvir olunduğu rəsmlər çəkib təqdim etdilər.Sonda fərqlənən şagirdlərə məktəbin kitabxana müdiri Aytən Məmmədova tərəfindən hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi