Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı.

Məktəbin fəaliyyət planına əsasən tarix müəllimi Aşiq Mehdiyevin təşkilatçılığı ilə tədbiri keçirildi.
Məqsəd 2016-cI ilin aprel ayında baş vermiş döyüşlərdə Azərbaycan ordusunun qazandığı uğurların, şəhidlərin xatirəsinin anılması şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasıdır. Tədbirdə tarix müəllimə Aşıq Mehdiyev Aprel döyüşlərinin əhəmiyyətini, Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan həmin bu döyüşlərin xalqımız üçün nə demək olduğunu daha dərindən dərk etməyi, ordumuzun torpaqlarımız uğrunda mübarizə əzminin dünyaya nümayiş etdirdiyini qeyd etdi.
Şagirdlər Aprel döyüşlərinin xronologiyası, azad edilmiş ərazilər və döyüşlər zamanı göstərilən qəhrəmanlıq haqqında təqdimatlarla çıxış etdilər və şeirlər səsləndirdilər. Döyüşlərin coğrafi mənzərəsi xəritə üzərində izah edildi.
Sonda 44 günlük müharibə iştirakçı məktəbin təşkilatçısı İsrafil Hüseynov öz döyüş təcrübələrini bölüşdü, şəhidlərin qəhrəmanlığından danışdı. Şagirdlərə vətənpərvərlik, birlik və döyüş ruhun vacibliyini vurğuladı. Tədbirdə coğrafiya müəllimi Vüsalə Məmmədova və kitabxana müdiri Aytən Məmmədova iştirak etdi.