2 Aprel Autizm günüdür

2 Aprel autizmlə mübarizə günüdür. Bu günlə əlaqədar, 8"A" sinif şagirdləri autizmli uşaqların maraqlı dünyası ilə bağlı çıxışlar etdilər. Şagirdlər bildirdi ki, autiklər maraqlı dünyaları ilə fərqlənsələr də, onlar da bizim kimi bir şəxsiyyətdir.
Autizmin əlamətləri uşağın 2-3 yaşından özünü tam göstərir. Autiklər ətrafında baş verən hadisələri başa düşə bilmir, yaşıdlarıyla oynaya bilmir. İnsanların gözünə baxmır, onlara kiminsə toxunmasını sevmir, hətta valideynlərinin onları qucaqlamasını, oxşamasını rədd edirlər.
Onların birinci köməyi valideynlər, sonra cəmiyyətdir.