Bu gün bütün dünyada 1 Aprel quşların qorunması günüdür.

Məktəbin illik fəaliyyət planına əsasən kimya- biologiya aylığına start verildi. Aylıqla bağlı görülən işlərin planına uyğun tədbirlər keçirilir. 1 Aprel - Beynəlxalq quşlar günüdür. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb və bu gün dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır. Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən “İnsan və Biosfer” adı altında həyata keçirilir. Bu gün məktəblilər və quş həvəskarları bağlarda, parklarda yem tənəkləri tənəkləri və yuvalar asır, quşların köçüb gəlməsini həvəslə gözləyirlər. Bu gün məktəbimizin 6”B” sinif şagirdləri də bu tədbir çərçivəsində Azərbaycanın quşlar haqqında geniş məlumat verdilər. Fidan Kazımova quşlar haqqında şeir söylədi. Şagirdlərdən bir qismi olan “Quşlar” mahnısını ifa etdilər. Quşlara aid maraqlı slayd göstərildi. Məqsəd uşaqlarda təbiətə və onun sakinlərinə məhəbbət hissini formalaşdırmaq, ətraf mühitə diqqətli olmaq, canlıları sevib və qorumaq hissinin yaradılmasıdır