Dəyərlərimiz bədii ədəbiyyatda

Məktəbin fəaliyyət planına əsasən məktəb kitabxanasında “dəyərlərimiz bədii ədəbiyyat" da adlı tədbir keçirildi.
Məqsəd Azərbaycan ədəbiyyatında milli -mənəvi dəyərlərin tərənnümünu araşdırmaq, gənc nəslə bu dəyərlərin əhəmiyyətini aşılamaq və onlarım ədəbi dünyagörünüşünü genişləndirmək idi
Şagirdlər Azərbaycan folklorunda dəyərlərin bədii ədəbiyyat və şifahi xalq yaradıcılığında əksini tapdığını nümayiş etdirmək məqsədilə haxışdalar, Novruza aid bayatılar, çərşənbələrlə bağlı deyimlər və şeirlər təqdim etdilər.”
Kosa və keçəl personajları şagirdlərin ifasında canlı şəkildə nümayiş olundu
Kitabxana müdiri Aytən Məmmədova və Azərbaycan dili ədəbiyyat müəllimi Gözəl Əliyeva Novruz bayramının mahiyyəti, tarixi kökləri,adət ənənələri barədə məlumat verdilər. Novruzun xalqımızın mədəni irsindəki yeri, bu bayramın bədii ədəbiyyatda və folklorda əks olunması, dəyərlərimizin nəsildən-nəslə ötürülməsindəki rolu haqqında danışdılar. Sonda 7 “A”sinif şagirdlərinin ifasında “Yaylıqlar” rəqsi təqdim olundu.