Torpaq çərşənbəsinə həsr olunmuş tədbir

Məktəbin fəaliyyət planına uyğun olaraq Fizika və Texnologiya aylığı çərçivəsində 17.03.2025-ci il tarixində 8"C" sinfində “Torpaq çərşənbəsi gününə həsr edilmiş” tədbir keçirildi. Tədbirdə texnologiya müəllimləri H.Ruhəngiz, M.Aysun Torpaq çərşənbəsi və adət ənənələri ilə bağlı məlumat verdilər. Məqsəd milli adət ənənələrin unudulmaması, gələcək nəsillərə ötürülməsi idi. Həm də el arasında İlaxır çərşənbəsi adlanan Torpaq çərşənbəsi günü həyətdə tonaq qalanır, ailə üzvləri tonqalın başına toplaşır hər kəs üstündən 3 dəfə atılır. Sonra tonqalın üstünə üzərlik ataraq, il boyu evdən qada- bəlanın uzaq olmasını diləyirlər. Sonda şagirdlər torpaq çərşəbnəsi ilə bağlı qeyd olunan inanclardan danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi