AGMA və ARTİ-nin iştirakı ilə məktəbimizdə seminar keçirildi

Məktəbin pedaqoji heyəti tədrisin keyfiyyətini artırmaq, şagirdlərin təlim nəticələrini yüksəltmək məqsədilə müxtəlif qurumlarla əməkdaşlığı davam etdirir. Növbəti görüş AGMA -nın Bakı şəhəri üzrə koordinatoru Elnurə İsmayılova və ARTİ-nin metodisti Səidə Dünyamalıyeva ilə keçirildi.
Seminarda sinfin səmərəli idarə edilməsinin müəllim və şagird arasında effektiv əlaqəni təmin etməklə öyrənmə üçün əlverişli mühit yaratması vurğulandı. Qarşılıqlı müzakirə şəklində keçən seminarda müasir dərsin quruluşu ,qiymətləndirmə meyarları ,effektiv rəyin təlim nəticələrinə təsiri kimi məsələlər də ətraflı müzakirə olundu.