9-cu sinif şagirdlərinin buraxılış fənlərinə hazırlığı

Məktəbin 9-cu sinif şagirdlərinin buraxılış fənlərindən hazırlıq səviyyəsini qiymətləndirmək məqsədilə monitorinq imtahanı keçirilmişdir. Monitorinq Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılmışdır. Monitorinq məktəbin tədris planına uyğun olaraq, əvvəlcədən tərtib edilmiş qrafikə əsasən təşkil edilmişdir. İmtahan sualları buraxılış imtahanlarının formatına uyğun hazırlanmış və şagirdlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan yaradır.