İnterqrasiyalı dərsi keçirildi.

Məktəbin fəaliyyət planına uyğun olaraq fizika aylığı çərçivəsində məktəbin fizika müəllimi Arzu Quliyeva və rəqəmsal bacarıqlar müəllimi Aynur Əkbərovanın interqrasiyalı dərsi keçirildi. Dərsin məqsədi elektrik dövrəsi layihəsinin yaradılması üzrə işi təşkil etməkdir. Şagirdlər layihə zamanı hər iki fənn üzrə əldə etdikləri bilikləri sistemləşdirib layihənin proqramının nümunəvi kodunu hazırladılar. Dərs zamanı məktəbin direktor müavini Günel İsmayılova iştirak etdi.