III siniflər üzrə monitorinq keçirilib

Məktəbin tədris prosesində şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə 3-cü siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq keçirildi. Monitorinqin əsas məqsədi şagirdlərin mövcud bilik səviyyəsini təyin etmək, çətinlik çəkdikləri mövzuları müəyyənləşdirmək və gələcəkdə tədris prosesində bu məsələləri nəzərə almaqdır. Monitorinq əvvəlcədən tərtib olunmuş suallar əsasında aparılmış və şagirdlərə müəyyən vaxt ərzində cavablandırmaları üçün təqdim olunmuşdur. Hər iki fənn üzrə tapşırıqlar kurikulumun tələblərinə uyğun seçilmiş və müxtəlif səviyyəli suallardan ibarət olmuşdur.