Kitab mənim dostumdur.

     Məktəb kitabxanasında şagirdlərin dərsliklərə daha diqqətli yanaşmasını təşviq etmək və mövcud kitabları uzunömürlü etmək məqsədilə “Dərsliklərin Təmiri” aksiyası təşkil olundu. Bu aksiyada 7 “c”və 6”a” sinifinin fəal şagirdləri, texnologiya müəllimi Aysun Məmmədova  və kitabxana müdiri Aytən Məmmədova birgə iştirak etdilər.

Aksiyanın məqsədi
 Dərsliklərin zədələnmiş səhifələrinin bərpası
Cildlənməsi zədələnmiş kitabların yenidən bərkidilməsi.
Şagirdlərdə kitaba qayğı hissinin formalaşdırılmasıdır.
Şagirdlər  kitabxana müdiri tərəfindən maarifləndirildi və dərsliklərə düzgün baxım qaydaları izah olundu.
Texnologiya müəllimi dərsliklərin təmiri üçün istifadə ediləcək üsulları və materialları təqdim etdi (yapışqan, lent, cildləmə kağızları və s.).
Şagirdlər qruplara bölünərək təmir işlərini icra etdilər. Onlar cırılmış səhifələri düzəltdilər, dərsliklərin kənarlarını möhkəmləndirdilər və ümumi baxış keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi