Səhər gimnastikası keçirildi.

Məktəbin fəaliyyət planına uyğun olaraq Elm və Təhsil Nazirliyinin 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/2025 nömrəli əmri ilə 4-10 mart 2025-ci il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılması məqsədilə keçirilən idman həftəsinin proqrama uyğun olaraq 4 mart tarixində 5"A",6"A",7"B" sinifində Həsənova Aytən müəllim və Sideyifzadə Rövşən müəllimin təşkilatçılı ilə səhər gimnastikası keçirildi.