Səməninin cücərdilmə qaydası haqqında şagirdlərə məlumat verildi

Məktəbin fəaliyyət planına uyğun olaraq texnologiya müəllimi Hüseynova Ruhəngiz 04.03.2025 tarixindi 5"B" sinfində Novruz bayramının simvollarından biri olan səməninin cücərdilmə qaydası haqqında şagirdlərə məlumat verdi. Şagirdlərə bildirildi ki, əvvəlcə səməni yetişdirəcəyiniz qabı seçməli, ona uyğun miqdarda buğda əlavə edib üzərini örtəcək qədər su əlavə etməlisiniz. Daha sonra müəllim şagirdlərə səməninin cücərməsi üçün uyğun  şəraitin  necə olması haqqında məlumat verdi. Müəllim qaydanı izah etdikdən sonra tədbiq mərhələsinə keçdi. Belə ki o, şagirdlərlə birgə cücərmiş buğdaları qablara düzdü üzərini yaş pambıq parça ilə örtərək pəncərənin günəş düşən hissəsinə yerləşdirdi. Müəllim əlavə etdi ki, səməninin yaxşı cücərməsi üçün ona vaxtında su vermək lazımdır. Dərsin sonunda müəllim bu günün od çərşənbəsi olduğunu xatırlatdı və qədim insanların günəşə, oda olan müqəddəs inamından bəhs etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi