Təlimlərimiz davam edir

Məktəblərdə təşkil olunan pedaqoji seminarlar, təlimlər dərsin təşkili ilə bağlı fikir mübadiləsinə, tədris prosesinin səmərəliliyinin artırılmasına, yeni texnika, üsullarla daha yaxından tanış olmağa şərait yaradır. Məktəbimizdə tez-tez bu cür diskussiya şəklində keçirilən təlimlər təşkil olunur.
28.02.2025 tarixində müxtəlif aspektləri əhatə edən təlim keçirildi. Təlimdə əsas məqsəd şagird bacarıqlarının formalaşdırılması, formativ qiymətləndirmə, planlama, dərs prosesinin təşkili ilə bağlı fikir mübadiləsi aparmaq idi. Təlimi idarə edən Rahilə Hüseyn qarşıda duran əsas məqsədlər və meydana çıxan problemlər haqqında danışdı. Müəllimlər arasında başlıca mövzular ətrafında müzakirə təşkil olundu.