Ümumdünya Ucadan Oxu Günü

Ümumdünya Ucadan Oxu Günü-Söz kitab mütaliə bayramıdır.Bu gün Litworld şirkətinin təşəbbüsü ilə hər il mart ayının birinci həftəsinin çərşənbə günü qeyd olunur.Bu günü qeyd etmənin əsas məqsədi mütaliəni ətraf dünya ilə qarşılıqlı təsir üsulu və öz emosiyalarını başqa insanlara səslənən söz vasitəsilə çatdırmaqdır.
2 Mart Ucadan oxu günü ilə əlaqədar ibtidai sinif müəllimləri Sevinc Məmmədova ,Mərziyyə Əliyeva və kitabxana müdiri Aytən Məmmədova tərəfindən məktəbəhazırlıq qrupunun şagirdlərinə maraqlı nağıllar ucadan oxundu.
Məktəb kitabxanasında “Mənim balaca fermam” adlı pazl vasitəsilə öyrənmə prosesi şagirdlərə maraqlı oldu.Sonda Kristiana Counz “Balaca Qırmızı toyuğ” nağılının eyni adlı vizual təqdimatı şagirdlərin diqqətini daha çox cəlb etdi.