"Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır" mövzusunda maarifləndirici tədbir keçirildi

1 Mart – Mülki Müdafiə Günü münasibətilə məktəbimizdə "Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdlərə fövqəladə hallarda davranış qaydaları, mülki müdafiənin əhəmiyyəti və təhlükəsizlik tədbirləri barədə biliklər vermək idi.
Tədbirdə 2, 5 və 6-cı sinif şagirdləri iştirak etdilər. Müəllimlər və məktəb rəhbərliyi tərəfindən şagirdlərə mülki müdafiənin vacibliyi izah olundu, təbii və texnogen qəzalar zamanı düzgün davranış qaydaları öyrədildi. Şagirdlər öz çıxışlarını nümayiş etdirdilər, sual-cavab sessiyaları təşkil olundu və praktik məşğələlər keçirildi.
Şagirdlər tədbirdən faydalı məlumatlar əldə etdiklərini bildirdilər və fövqəladə hallarda necə davranmalı olduqları barədə daha çox məlumat əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi