"Xocalı-xalqımızın qan yaddaşı" mövzusunda tədbir keçirildi

      Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 33 il zaman məsafəsi ayırır. Bu gün məktəbimizdə məktəbin UBR Mədinə İskəndərova və sinif rəhbəri Vüsalə Məmmədovanın təşkilatçılığı və  8 "A" sinif şagirdlərinin iştirakı ilə  Xocalı faciəsinin 33-cü ildönümünə, faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin UBR Mədinə İskəndərova  Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verdi. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsl iç üzü göstərilir. Tədbirdə məktəbimizin direktoru Günel Fətəliyeva,  təşkilatçı müavini İsrafil Hüseynov, psixoloq və valideynlər  iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi