"Xocalı- qan yaddaşımız"

      Məktəbin fəaliyyət  planına əsasən  müsavirə otağında 5"A"və 6"A" sinif şagirdləri ilə "Xocalı-qan yaddaşımız" adlı tədbir keçirildi.
Əvvəlcə tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verdi.
       Sonra söz şagirdlərə verildi. Fərid Xocalı soyqırımında həyatlarını itirənlər,əsir düşənlər,ailəsini tamamilə itirənlər barədə şagirdləri məlumatlandırdı.Ayan Tofiq Hüseynov haqqında, Aytac Əlif Hacıyev haqqında maraqlı faktlar söylədilər. İnci, İsmayıl, Mühəmməd Xocalıya həsr olunmuş şeirlərlə çıxış etdilər. 5"B" sinif şagirdi Ülkər Xocalıya aid özünün yazdiğı şeri səsləndirdi.
        Tədbirdə tarix müəllimi Afət Xudai,idman müəllimi Emin Məmmədov iştirak etdi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi