İngilis dili dərsi 26 Fevral Xocalı soyqırımı gününə həsr olundu

Məktəbin fəaliyyət planına uyğun olaraq 9 “A” sinfində keçirilən ingilis dili dərsi 26 Fevral Xocalı soyqırımı gününə həsr olundu. Dərsin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şagirdlər şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla andılar. Sonra ingilis dili müəllimi Kəmalə Şamilova XX əsrin sonunda xalqımızın üzləşdiyi, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayət haqqında danışdı. Qeyd etdi ki, bu Ermənistanın ölkəmizə hərbi təcavüzünün kuliminasiya nöqtəsi idi. Mövzu ilə bağlı şagirdlərdən Ümid, Zərifə, Xədicə fikirlərini yoldaşları ilə bölüşdülər. Müəllim şagirdlərin suallarını cavablandıraraq onlara ətraflı məlumat verdi. Məqsəd şagirdlərdə vətənpərvərlik hissini aşılamaq, Xocalı soyqırımını unutmayaraq Vətən qarşısında vəzifələrini xatırlatmaq idi.