Novruzun ilk çərşənbəsi adı təşkilat saatı keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq 2 "A" sinif rəhbəri Leyla Orucəliyeva Novruzun ilk çərşənbəsi adı təşkilat saatı keçirdi. Sinif rəhbəri Novruz adət-ənənələri, çərşənbələr haqqında məlumat verdi.
Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan Novruz bayramı gəlir.
Qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının,ruhun təzələnməsinin simvolu hesab olunur.
Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Bütün mifik mətnlərdə su həyat verən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Şagirdlər su çərşənbəsini əks etdirən rəsmlər çəkdilər, Novruz xonçası hazırladılar.