21 fevral 2025-ci il tarixində Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirildi.

21 fevral 2025-ci il tarixində Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirildi.
Tədbirlərdə şagirdlərin ifasında təqdim olunan kompozisiya,səhnəcik və musiqi nömrələrində ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açıldı,, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Qeyd olundu ki, UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransının 30-cu sessiyasında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün keçirilir.
Sərt hava şəraitinə baxmayaraq məktəb kollektivinin tədbirə böyük sevgi və həvəslə hazırlaşması günə bayram əhvali-ruhiyyəsi qatdı.