"Müasir metodist" müsabiqəsinin təqdimatı keçirildi

Azərbaycan Respublikasının Təhsil İnstitutu ümumi təhsil müəssisələrində müasir metodik xidmətin təşkili ilə əlaqədar metodist hazırlığı üçün yenidən müsabiqə elan edib.
Müsabiqədə iştirak etmək üçün ölkənin müxtəlif regionlarından peşəkar metodist kimi fəaliyyət göstərmək istəyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat fənn müəllimləri dəvət olunurlar.
Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:
* Pedaqoji təhsil;
* Ən azı 7 illik pedaqoji təcrübə;
* Sertifikasiya balı: 51-dən yuxarı (bu bənd sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərə aiddir);
* İKT bacarıqları;
* Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).
Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.
D.Məmmədzadə adına 232 nömrəli tam orta məktəbdə informatika müəllimi Pəri Əhmədova tərəfindən "Müasir metodist" müsabiqəsinin təqdimatı keçirildi.Müəllimlərə metodistin müasir təhsil sistemindəki rolu haqda ətraflı məlumat verildi.