"Doğma dilim " adlı şeir müsabiqəsi keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq direktor müavini İsrafil Hüseynov və UBR Mədinə İsgəndərova tərəfindən 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunan "Doğma dilim"adlı şeir müsabiqəsi keçirildi.Fevral ayının 1-ci tədris həftəsində sinif rəhbərlərinə və məktəbin ədəbiyyat müəllimlərinə I-VIII sinif şagirdləri arasından qiraət qabiliyyəti,rəvan nitqi,düzgün intonasiyası ,uyğun diksiya tərzi olan şagirdlərin seçilərək müsabiqəyə hazırlanması təklif olunmuşdu . 19 fevral tarixində məktəbin direktoru Günel Fətəliyevanın və "Azərbaycan dili və ədəbiyyat fənn birləşməsi"
nin sədri Kəminə Zalovanın da daxil olduğu münsiflər heyəti tərəfindən şagirdlər dinlənildi və öncədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirildilər. Yekun seçim müsabiqənin təşkilatçıları olaraq Mədinə İsgəndərovaya və İsrafil Hüseynova həvalə olundu. Qaliblərin 21 fevral tarixində keçirilməsi nəzərdə tutulan "Dilim -milli kimliyim' adlı ümumməktəb tədbirində elan edilməsi və təltif olunmalarına qərar verildi.
Müsabiqənin əsas məqsədi şagirdlərdə deklamasiya,təqdimat bacarığını inkişaf etdirmək, doğma dilə milli dəyər olaraq sevgi aşılamaq olmuşdur.