"Azərbaycan ədəbiyyatında ana dili mövzusu"adlı diskussiya keçirildi

Məktəbin fəaliyyət planına əsasən" Kitab klub"unun fevral ayı toplantısı ədəbi-bədii diskussiya formatında keçiridi.
C.Məmmədquluzadənin “Şeir bülbülləri”,”Sirkə” hekayələri, Bəxtiyar Vahabzadəni “Ana dili və Xəlil R.Ulutürkün “Ana dilim” şeirlərinin məzmunu ilə bağlı təhlillər aparıldı və aktiv müzakirə təşkil olundu.Müzakirədə şagirdlər ana dilinin önəmini nəsr və nəzm nümunələri əsasında müqayisəli təhlil etdilər .Ana dilimizin bədii ədəbiyyatda əks olunması, dilin milli kimlikdəki rolu və yazıçıların əsərlərində ana dilinin vətənpərvərlik simvolu kimi işlənməsi, bu əsərlərdə dil sevgisinin tərənnüm edilməsi ,ana dilinin dəyəri, yad təsirlərdən müdafiə edilməsi vurğulandı.
Müzakirədə Azərbaycan dili- ədəbiyyat müəllimi Kəminə Zalova və kitabxana müdiri Aytən Məmmədova şagirdlərin belə müzakirələrdə elmi -siyasi cəhətdən savadlanmasına, həyat hadisələrinə daha ayıq gözlə baxmasında ana dilində yazılmış əsərlərin mütaliəsinin dərin rolunu qeyd etdilər.