6 "B" sinif valideynləri ilə vebinar

Məktəbin fəaliyyət planına uyğun olaraq psixoloq Ləman Mehtiyeva 6"B" sinif valideynləri ilə “Məktəb-şagird-valideyn” üçbucağı mövzusunda vebinar keçirdi. Görüş zamanı psixoloq şagirdlərin yaş xüsusiyyətləri, böhran dönəmləri haqqında danışdı. Bu dönəmlərdə uşaqlarla necə davranmalı və nələrə yol verməməliyik deyə valideynlərə məsləhətlər verdi. Görüşdə məktəbin direktoru Günel İsmayılova və sinif rəhbəri Aysun Məmmədova iştirak edərək valideynlərə öz tövsiyyə və fikirlərini çatdırdılar.