“Poeziyamızda dövlət rəmzləri” mövzusunda şeir müsabiqəsi keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq, Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində “Poeziyamızda dövlət rəmzləri” mövzusunda şeir müsabiqəsi təşkil edilmişdir. 5-9-cu sinif şagirdləri arasında keçirilən müsabiqədə dövlət atributlarına həsr olunan şeirlər səsləndirildi. Şeirləri təqdim edən şagirdlərin təqdimatları fəallığı və vətənpərvərlik ruhu ilə diqqət çəkirdi.
Bayraq, gerb və himn mövzularında Xəlil Rza Ulutürk , Bəxtiyar Vahabzadə, Ramiz Qusarçaylı və digər şairlərə məxsus poeziya nümunələri əhatə olunmuşdu. Münsiflər heyətində Azərbaycan dili və ədəbiyyat müəllimi Şəbnəm Qafarova, UBR Mədinə İskəndərova və direktor müavini İsrafil Hüseynov, fiziki tərbiyə müəllimi Emin Məmmədova yer almışdır. Onlar şagirdlərə şeirin düzgün intonasiya ilə deyilməsi barədə tövsiyələr vermişlər.
Müsabiqənin sonunda qaliblər elan olunmuşdur:
• I yer – Zəhra (7C sinfi), Ruqeyya (6C sinfi)
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək və dövlət rəmzlərinə olan sevgini artırmaq olmuşdur.