Oxuyub-anlama bacarıqları formalaşdırılır.

         Şagirdlərin oxuyub-anlama bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycan dili fənninin qarşısında duran mühüm vəzifələrindəndir. Oxuyub-anlama şagirdlərin mətni anlamaq, təhlil etmək, şərh etmək və öz fikirləri ilə ifadə etmək bacarığıdır. Bu bacarıq şagirdlərin yeni məlumatları əldə etmək və anlamaq qabiliyyətini inkişaf etdirir. Bütün bunları əsas tutaraq orta məktəblərdə oxuyub-anlamaya həsr olunan dərslər təşkil olunur. Məktəbimizdə Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində 4”B” sinif rəhbəri Mərziyyə Əliyeva və Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Hüseyn 4”B” sinfində oxuyub-anlama əsasında qurulmuş dərs keçdilər. Şagirdlərə mətn və mətnin məzmunu, ideyası ilə bağlı tapşırıqlar təqdim olundu. Müəyyən edilmiş vaxt çərçivəsində şagirdlər mətn üzrə tapşırıqları icra etdilər. Daha sonra cavablar təhlil olundu və şagirdlərə mətnlə işləmə texnikası barədə bir sıra məsləhət və göstərişlər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi