DİM modelinə uyğun monitorinq keçirildi

Məktəbimizdə mütəmadi olaraq həm məktəb rəhbərliyi, həm də ayrı-ayrı fənn müəllimləri tərəfindən monitorinqlər keçirilir.
Növbəti monitorinq 13 .02.2025 tarixində məktəb rəhbərliyi tərəfindən 9"A" sinfində Azərbaycan dili fənni üzrə təşkil edildi.
Təqdim olunan sual kitabçası Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların xarakter və məzmununa uyğun olaraq hər biri on sualdan ibarət 2 mətn və dil qaydalarını əhatə edən tapşırıqdan ibarət idi.