“14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü”

Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Bu, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür
14 fevral Beynəlxalq kitab bağışlama günü ilə əlaqədar olaraq 2 "A" , 5"A", 6""B" və 6"C" siniflərində sinif rəhbərləri Leyla Orucəliyeva, Kəminə Zalova, Gözəl Məmmədyarova, Şəbnəm Qafarova və kitabxana müdiri Aytən Məmmədovanın təşşəbüsü ilə kitab bağışlama aksiyası keçirildi. Şagirdlərə kitab bağışlama günün yaranması tarixi və yaradıcısı ilə bağlı kitabxana müdiri Aytən Məmmədova məlumat verdi. Sinif rəhbərləri və UBR Mədinə İsgəndərova kitabın , mütaliənin faydası haqqında öz tövsiyyələrini verdilər. Şagirdlər bir birlərinə kitab hədiyyə etdilər . Sinif adından məktəb kitabxana fonduna bir neçə kitab hədiyyə etdilər