“Mənim bədii təxəyyülüm” adlı yazı müsabiqəsi keçirildi

Orta məktəblərdə şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirmək üçün müxtəlif üsul və vasitələrdən istifadə olunur. Bu, şagirdlərin istedadlarını üzə çıxarmaq, yaradıcılıq qabiliyyətinə stimul vermək, onları həvəsləndirmək baxımından olduqca önəmlidir. Məhz bu prioritetləri əsas tutaraq Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində V-VIII sinif şagirdləri arasında “Mənim bədii təxəyyülüm” adlı yazı müsabiqəsi keçirildi. Bu müsabiqələr həm yaradıcılıq nümunələrinin müəyyən olunması, həm də Ədəbiyyat fənninin yazılı nitq məzmun xəttini əhatə etməsinə görə mühüm əhəmiyyət daşıyır.
Müsabiqədə 24 nəfər şagird iştirak edirdi. Əvvəlcə Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Hüseyn müsabiqə haqqında kiçik məlumat verdi. Müəyyən edilmiş vaxt çərçivəsində şagirdlər yazılarını tamamladılar. Qərara alındı ki, yazılar yoxlandıqdan sonra ən yaxşı nümunələr aylıq çərçivəsində hazırlanan divar qəzetində nümayiş olunsun və sahibləri 21 Fevral Ana Dili Gününə həsr olunacaq tədbirdə təltif olunsun.