İnteqrasiyalı dərslərimiz davam edir.

   Təlimdə inteqrasiya şagirdlərdə marağı artırmaq, əlaqələndirmə və tətbiq bacarıqlarını inkişaf etdirmək baxımından əhəmiyyətlidir.

Bunu nəzərə alan fənn müəllimləri dərslərə hazırlaşarkən mütəmadi olaraq əməkdaşlıq edir,fikir mübadiləsi aparır,  tədrisdə inteqrasiyanı tətbiq etməyə çalışırlar.

"Azərbaycan dili və ədəbiyyat aylığı"  çərçivəsində növbəti inteqrasiyalı dərslər rəqəmsal bacarıqlar və Azərbaycan dili fənni əsasında quruldu

6”A” sinfində "Rəqəmsal bacarıqlar " fənninin tədrisi zamanı Əkbərova Aynur   "Orfoqrafiyanın avtomatik yoxlanılması,sətirdən sətrə keçid qaydası" mövzusunu Azərbaycan dilinin orfoqrafik normaları və qrammatik qaydaları ilə əlaqələndirdi.

Paralel olaraq 6”C” sinfində Azərbaycan dili və rəqəmsal bacarıqlar fənlərini tədris edən  Qafarova Şəbnəm və Əhmədova Pəri, 5”B” sinfində isə Hüseyn Rahilə və Heydərova Şəbnəm dərsi inteqrasiyalı şəkildə tədris etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi