İnşa müsabiqəsi keçirildi

Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində 232 nömrəli məktəbdə “Mənim doğma ana dilim” mövzusunda inşa müsabiqəsi təşkil edilmişdir. Müsabiqənin əsas məqsədi şagirdlərdə ana dilinə sevgi aşılamaq, dilimizin zənginliyini dərk etdirmək, onun qorunmasının vacibliyini vurğulamaq və yazı bacarıqlarını inkişaf etdirmək olmuşdur.
Müsabiqədə 9-10-cu sinif şagirdləri fəal iştirak etmişlər. Şagirdlər inşalarında ana dilinin milli kimlikdə rolu, onun qorunması və inkişaf etdirilməsinin əhəmiyyəti kimi məsələlərə geniş yer vermişlər. Onların yazılarında ana dilinə sevgi, dilin saflığının qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlər ifadə olunmuşdur.
Müsabiqənin nəticələrinə əsasən, 10 "A" sinif şagirdi İsmayılzadə Xədicə ən yaxşı inşanın müəllifi seçilmiş və müsabiqənin qalibi elan olunmuşdur.
Bu cür tədbirlərin keçirilməsi şagirdlərin yazı qabiliyyətlərinin inkişafına, onların ana dilinə və milli dəyərlərə daha dərin bağlılıq hissi formalaşdırmasına mühüm töhfə verməkdədir.