Mütaliəni həyat tərzinə çevirək

Mütaliə insanın bilik və dünyagörünüşünü artıran ən mühüm fəaliyyətlərdən biridir.Cəmiyyətin intellektual inkişafı üçün kitab oxumaq vərdişinin formalaşdırılması və mütaliənin həyat tərzinə çevrilməsi vacibdir.Bu məqsədlə məktəbin fəaliyyət planına əsasən kitabxana müdiri Aytən Məmmədova və ədəbiyyat müəllimi Gözəl Məmmədyarovanın təşkilatçılığı 6 b,7 a ,b sinif şagirdləri  Milli Kitabxanada ekskursiya oldular.Əsas məqsəd şagirdlərə kitabxana mühiti ilə tanış olmaq,oxumağa maraq yaratmaq və mütaliənin əhəmiyyətini vurğulamaq idi.

İlk öncə şagirdlər Ümumilli Lider Heydər Əliyevin xatirə guşəsini ziyarət etdilər,burada Ulu Öndərin Milli Kitabxanaya səfərləri,guşədə nümayiş olunan kitablar ,fotoşəkillər haqqında kitabxana əməkdaşı məlumat verdi.

Şagirdlərə Milli Kitabxanaya yazılma və istifadə qaydaları izah edilib,onlara kitabların axtarışı,sifarişi,elektron sənədlərdən istifadə ,kitabxanın tarixi,binası ,fondu haqqında kitabxana əməkdaşları tərəfindən məlumat verildi.

Şagirdləri maraqlandıran suallar kitabxana əməkdaşları tərəfindən cavablandırıldı.

“Əməkdar elm xadimi Əziz Mirəhmədov-105”adlı sərgisi ilə tanışlıqdan sonra şagirdlər kitabxananın “Tələbə gənclər zalı”,”Uşaq otağı və uşaq istirahət guşəsi”,”Aşıq kitabxana -sərbəst mütaliə istirahət guşəsi”,”Nadir kitablar və kitabxana muzeyi”,”Not nəşrləri və səsyazmaları”şöbələrində oldular .

Sonda  şagirdlər xoş hisslərlə milli kitabxanadan ayrıldıqlarını xüsusi vurğuladılar və gələcəkdə təbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışlar.

            Azərbaycan dili ədəbiyyat müəllimi Gözəl Məmmədyarova və kitabxana müdiri Aytən Məmmədova  maraqlı ekskursiya görə minətdarlığını bildirdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi