Acıq qapı günü

Müasir dövrdə məktəbin fəaliyyəti,şagirdlərə verilən təhsilin məzmunu,tədris prosesinin təşkili və əldə olunan nəticələrlə  bağlı valideyni maarifləndirməyi, onunla düzgün münasibət qurmağı bacaran təhsil müəssisələrinin işinin daha  keyfiyyətli olması müşahidə olunur.  Belə şəraitdə valideyn bütün cavabdehliyi məktəbin üzərinə atmaq fikrindən uzaq olur və prosesin fəal fiquruna çevrilir.

Bütün bunları nəzərə alan məktəb kollektivi tez-tez valideynləri  məktəbə dəvət edir, açıq qapı günləri keçirilir və onların məktəbin gündəlik iş fəaliyyəti ilə yaxından tanış olması təmin olunur.

Bu məqsədlə məktəbdə təşkil olunan növbəti"Məktəb- valideyn icma şurası"nın fəaliyyəti çərçivəsində müxtəlif siniflərin valideynlərinin müəyyən edilmiş gündə məktəbə dəvət olunması qərara alındı.Müəyyən olunan qrafik əsasında 11.02.2025-ci il tarixində 5”A” sinfinin valideynləri məktəbə dəvət olundular. Dərs günü ərzində valideynlər məktəbin iş qrafiki ilə yaxından tanış oldular. İdman zalına, bufetə, sanitar qovşaqlara baxış keçirildi. Valideynlər öz övladlarının oxumadığı siniflərdə belə dərs prosesini qısa vaxt ərzində müşahidə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi