"Milyonçu "oyunu formatında bilik yarışı keçirildi.

Orta məktəblərdə müxtəlif fənlər üzrə istər ayrılıqda ,istərsə də inteqrasiyalı formada təşkil olunan bilik yarışları, breyn-rinq və viktorinaların şagirdlərin təlim nəticələrinin yüksəlməsinə müsbət təsir göstərməsi danılmazdlr.
Məktəbimizdə də şagirdlərin bilik , bacarıqlarının,dünyagörüşlərinin artırılması məqsədilə mütəmadi olaraq bilik yarışları və müsabiqələr keçirilir.
" Milyonçu"yarışı formatına uyğun təşkil edilən növbəti bilik yarışı məktəbin "Rəqəmsal bacarıqlar"müəllimi Pəri Əhmədovanın təşəbbüsü ilə 6”A” sinfində keçirildi.
Həm şagirdlər üçün onlayn resursların dəyərləndirilməsi, həm fənlərarası inteqrasiya yaradılması baxımından əhəmiyyətli olan bu tipli yarışlar eyni zamanda yersiz rəqabət yaratmadan şagirdlərdə stimul yaradır.
Pəri müəllimənin 6-cı sinif Azərbaycan dili fənni üzrə poqram əsasında tərtib etdiyi suallar 4 raundda şagirdlərə təqdim olundu.Sonda qərara alındı ki, qalib komanda "21 Fevral Ana Dili Günü"nə həsr olunacaq tədbirdə təltif olunsun.