Dərsliklərin yoxlanılması

      Kitab nəşri hər bir ölkənin hər bir xalqın mədəniyyətində ümumiyyətlə mənəvi-ictimai həyatında çox mühüm yer tutur.Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış ,elmlərə yiyələnmiş,həyatda fəaliyyət göstərməyə hazırlaşmışıq.Ona görədə ,hər birimiz kitablara borculuyuq və kitablara sevgi ilə yanaşmalıyıq.Bu məqsədlə mütəmadi kitabxana müdiri Aytən Məmmədova və sinif rəhbərləri tərəfindən dərsliklərin  qorunmasının əhəmiyyəti haqqında maarifləndirici söhbətlər aparılır  ,uzunmüddətli istifadəsi üçün qorunması məqsədilə üzlüklərin istifadə edilməsi təşviq olunur.Məktəbin fəaliyyət planına uyğun olaraq kitabxana müdiri Aytən Məmmədova tərəfindən  şagirdlərin dərslikləri yoxlanıldı.Şagirdlərin  dərsliklərə daha diqqətlə yanaşmaları barədə əlavə təlimatlar verdi .Ümumilikdə dərsliklərin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi