3 -cü siniflərdə imla yazı yoxlaması aparıldı

         Məlum olduğu  kimi ,dilə dərindən bələd olmaq müasir cəmiyyətdə şəxsiyyətin özünü  rahat ifadə  edə bilməsi üçün çox önəmlidir .Şagirdin uğurlu rabitə qurması,davamlı ünsiyyətə girə bilməsi yalnız  rəvan nitq söyləməklə məhdudlaşmır.İbtidai təhsil pilləsindən başlayaraq dil dərslərində şagirdlərin öz fikirlərini yazılı şəkildə ifadə edə bilməsinə xüsusi diqqət yetirilir.

        Məktəbimizin fəaliyyət planının müxtəlif bəndlərində bu məsələ nəzərə alınmışdır.Müxtəlif siniflərdə yazı işinin təşkili ilə bağlı vəziyyəti yoxlamaq məqsədilə mütəmadi olaraq esse və inşa yazı müsabiqələri keçirilir.

        Məktəbin direktoru Günel xanım Fətəliyeva "Ana dili və ədəbiyyat"aylığı çərçivəsində  3 -cü siniflərdə şagirdlərin yazı vərdişlərini yoxlamaq məqsədilə imla yazı yoxlaması apardı.

        Yoxlamada məqsəd şagirdlərin orfoqrafiya  normalarına  riayət etmə bacarığını ölçmək ,dinlədiyi şifahi materialı yazarkən durğu işarələrindən istifadə ,sözün sətirdən sətrə keçirilməsi,xüsusi isimlərin yazılış qaydalarına əməl etmə bacarığını müşahidə etmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi