"Mübariz Mübarizlik simvoludur" adlı tədbir keçirildi

Bu gün şəhid milli qəhrəman Mübariz İbrahimovun adını daşıyan 6 "A" sinif şagirdləri əlçatmaz əfsanəni xatırladan, əslində əsl qəhrəmanlıq, mübarizlik simvolu olan Mübarizin anım gününü qeyd etdilər.Tədbirin keçirilməsində məqsəd şagirdlərə təhsil, elm verməklə yanaşı, həm də onları bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə, torpağa sədaqət, lazım gələrsə, vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamaqdır.
UBR Mədinə İsgəndərova tədbiri açıq elan edərək bildirdi ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan, azadlığa, yüksəlişə, ucalığa can atan könül dünyamızdır.Daha sonra sinif rəhbəri Aynur müəllimə öz çıxışında qeyd etdi ki, Mübarizin keçdiyi 22 illik şərəfli ömür yolu gələcək nəsillərə nümunədir.
Tədbirdə məktəbin direktoru Günel Fətəliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova və UBR Mədinə İskəndərova, Uşaqlala məktəbdənkənar və sinifdən xaric təşkilatçı İsrafil Hüseynov iştirak etdi.
Tədbirdə Mübariz İbrahimovun döyüş yolu haqqında şagirdlərə ətraflı məlumat verildi. Şagirdlər Milli qəhrəmana həsr olunmuş şeirlər və mahnılar səsləndirdilər.
Sonda “Mübariz Mübarizlik simvoludur” adlı videoçarx nümayiş olundu.