“Məktəbli kitabçasına” baxış keçirildi

Məktəbin fəaliyyət planınına uyğun olaraq V-XI siniflərdə, “Məktəbli kitabçasına” baxış keçirildi. Məqsəd sinif rəhbərləri, müəllim, şagird və valideynlərin təhsilə münasibətini müəyyənləşdirmək, məktəb-valideyn əlaqələrini gücləndirmək, yazılması və aparılması vəziyyətini müəyyən etməkdir. Uşaqlarla məktəbdənkənar və sinifdən xaric təşkilatçı İsrafil Hüseynov , UBR Mədinə İskəndərova və kitabxana müdiri Aytən Məmmədova siniflərdə “Məktəbli kitabçası” nın yazılmasına, müəllim və valideynlərin, sinif rəhbərlərinin qeydlərinə xüsusi fikir verdilər. Çatışmazlıqlar qeyd olundu, sinif rəhbərlərinə çatdırıldı. “Məktəbli kitabçası” nı ən yaxşı yazan siniflər müəyyən olundu.Ay sonunda nümunəvi siniflər məktəb rəhbərliyi tərəfindən təltif olunacaq.