Ədəbiyyat aylığı çərçivəsində”Oxuduğunu paylaş “adlı ədəbi-bədii müzakirə
Məktəbin fəaliyyət planına uyğun olaraq Azərbaycan dili ədəbiyyat müəllimi Kəminə Zalova və kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə 5”a”,5 “b” və 7 “c” sinif şagirdlərinin iştirakı ilə “Oxuduğunu paylaş”adlı ədəbi-bədii müzakirə keçirildi.Məqsəd şagirdlərin mütaliə vərdişlərini formalaşdırmaq ,oxuyub -anlama ,dinləyib-danışma bacarığını inkişaf etdirməkdir.
Şagirdlər Azərbaycan və dünya ədəbiyyatına aid müxtəlif əsərlərdən parçalar səsləndirdilər.Eyni zamanda şagirdlərin danışaraq öyrəndiyini digərlərinə çatdırma qabiliyyətinin artırılması da parelel olaraq həyata keçirildi.
Ədəbiyyat müəllimi Kəminə Zalova şagirdlərə obyektiv mübahisə və təhlil bacarıqlarını inkişaf etdirmək üçün yönləndirici suallar təqdim etdi.
Kitabxana müdiri Aytən Məmmədova şagirdlərdə qeyd olunan bacarıqların aşılamasına şərait yarada biləcək bədii nümunələri qeyd etdi.Öncədən oxunacaq ədəbiyyat siyahısını müəyyənləşdirməyin vacibliyini vurğuladı.
Bu cür tədbirlər şagirdlərin mütaliəyə marağın artırmaqla yanaşı,onların analtik düşüncə və sərbəst təhlil bacarıqlarının inkişafına da töhfə verir.