Fevral ayı məktəbimizdə" Ana dili və ədəbiyyat fənn aylığı "dır
Məktəbimizdə Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi ilə bağlı keyfiyyətin yüksəldilməsi, şagirdlərin fənnə marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin stimullaşdırılması baxımından aylıq çərçivəsində bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Aylığa 31 yanvar 2025-ci il tarixində aylıq fəaliyyət planının tərtibi ilə start verilmişdir.
2024-2025-ci tədris ilinin fevral ayında “Ana dili və ədəbiyyat fənn aylığı” çərçivəsində görüləcək işlərin planı aşağıdakı kimidir:
1.”Dilim-milli kimliyim” həftəlik divar qəzetinin tərtibatı
2.V-VIII sinif şagirdləri arasında “Mənim bədii təxəyyülüm” adlı yazı müsabiqəsi
3.Fəal oxucular arasında “Oxuduğunu paylaş” adlı ədəbi-bədii diskussiya
4.V və VII sinif şagirdləri arasında bilik yarışı
5.Mütaliəyə xüsusi həvəsi olan şagirdlərlə Kitab Bağışlama Gününün qeyd olunması
6.Aylıq çərçivəsində dərsdinləmələr
7.İbtidai siniflərdə dinləyib-anlama məzmun xətti əsasında monitorinqin keçirilməsi
8.Xocalı faciəsi ilə bağlı sənədli filmin izlənilməsi
9.M.F.Axundov adına Milli Kitabxanaya ekskursiya
10.”Poeziyamızda dövlət rəmzləri” adlı şeir müsabiqəsi
11.”232-dən keçən qəhrəmanlıq yolu”. Şəhid Səbuhi Orucovun valideynləri ilə görüş
12.21 Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir