Kitab klubunun növbəti disskusiyası

            Məktəbin fəaliyyət planına əsasən kitab klubunun növbəti toplantısı keçirildi.
Diskussiyada kitabxana müdiri Aytən Məmmədova və azərbaycan dili ədəbiyyat müəllimi Rahilə Novruzlu və kitab klubunun 15 nəfər üzv iştirak etdi.
Məqsəd şagirdlərin oxuduqları əsərləri paylaşaraq fikir mübadiləsi aparmaq ,onların ədəbi düşüncələrini inkişaf etdirməkdir.
Diskussiyada şagirdlər Cek Londonun “Martin İden”,J.Vern “Kapitan Qrantın uşaqları,Ç.Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş”,C.Brayn”Göz yaza bilər,Sehirli Çətir,Qış kölgəsi ,Qara Köhlən  əsərləri barədə təqdimatlar edərək əsas ideyalar və maraqlı məqamlar haqqında məlumat verdilər.
Diskussiyada kitabxana müdiri Aytən Məmmədova və ədəbiyyat müəllimi Rahilə Novruzlunun yönləndirici sualları əsasında bu əsərlərdə cəmiyyət və şəxsi inkişaf kimi vacib mövzuların toxunulduğu vurğulandı.Şagirdlər oxuma vərdişlərinin inkişafı və bədii ədəbiyyatın həyatlarına təsiri barədə düşüncələrini bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi